Müdafiə Nazirliyi

Mənbə: Müdafiə Nazirliyi

Başlıq: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi: Ermənistanın 6 hərbi qulluqçusu əsir götürülüb (yenilənib)

Məqalə yeniləndi:  27 May 2021

18.48. Müdafiə Nazirliyi Azərbaycan ordusuna məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyü barədə mediada yayılan məlumatı təsdiqləyib.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov dövlət televiziyasına bildirib.

Məlumatı mayın 27-də ''haqqin.az" saytı yayıb.

***

12.21.Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusu tərəfindən saxlanılan hərbçilərin adlarını açıqlayıb.

Nazirlik bildirib ki, əsir götürülən hərbçilər müqavilə əsasında xidmət edən A.N.Abqaryan, İ.A. Sarqsyan, V.V.Sarqsyan, B.S.Oqanyan, A.Q. Budoyan və V.O. Rafaelyandır.

***

Nazirlik kəşfiyyat-diversiya qrupunu yaxaladığını deyir

Azərbaycan ordusunun Ermənistanın 6 hərbi qulluqçusunu əsir götürdüyü bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətindən Azərbaycan tərəfə keçməyə cəhd göstərib. Bu zaman Ermənistanın 6 hərbi qulluqçusu “mühasirəyə alınıb və əsir götürülüb".

Nazirlik bildirib ki, Azərbaycan Ordusu sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən erməni hərbçilərini mühasirəyə alıb:

“Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Ancaq nazirlik hərbçilərin təxribat etmələri barədə informasiyanı təkzib edərək bildirib ki, onlar ərazidə mühəndis işləri görürmüş.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/402hp5

Ən çox baxılan