Müdafiə naziri: ”Ermənistan ordusunun mövqeyində yerləşən postlar dağıdılıb”

General-polkovnik Zakir Həsənov Tərtər rayonundadır

Source:


General-polkovnik Zakir Həsənov Tərtər rayonundadır

“Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə Ermənistan ordusuna sarsıdıcı zərbə endirib”.

“Report” xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayon sakinləri ilə görüşündə deyib.

Müdafiə naziri qeyd edib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutub: “Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və qarşı tərəfə sarsıdıcı zərbələr endirib. Ermənistan ordusunun mövqeyində yerləşən postlar dağıdılıb”.

Ötən gecə cəbhə xəttində baş verən hadisələrlə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub.

Daha sonra Z.Həsənov Tərtər rayon sakinləri ilə görüşüb.

Görüşdə sakinlər yüksək əhval-ruhiyyədə olduqlarını, Vətəninin müdafiəsi və ermənilərin işğal etdiyi torpaqların azad olunması üçün hər zaman Azərbaycan Silahlı Qüvvələrinə dəstək olduqlarını bildiriblər.

Ana səhifəAnalitikaMüdafiə naziri: ”Ermənistan ordusunun mövqeyində yerləşən postlar dağıdılıb”