Aktyorun ciddi həkim nəzarətinə götürüldüyü bildirilir
Hind aktyoru Mithun Çakrabortinin işemik insult (beyin infarktı) keçirdiyi bildirilir.
73 yaşlı aktyorun döş qəfəsində şiddətli ağrılar səbəbilə fevralın 10-da Kəlküttə şəhərindəki “Apollo” hospitalına yerləşdirildiyi deyilir.
Xəstəxanadan bildirilib ki, hazırda aktyorun şüuru tam yerindədir, hərəkəti sərbəstdir.
O, hazırda nevroloq, kardioloq və qastroenteroloq da daxil olmaqla həkimlər qrupu tərəfindən nəzarətə götürülüb.
Mithun Çakraborti 350-dən çox filmə çəkilsə də, “Disko rəqqası” filmindəki Cimi obrazı ilə tanınıb.