Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

”Biz həmçinin prezidentlərin son iki görüşünün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işi davam etdirəcəyik”

Source:


”Biz həmçinin prezidentlərin son iki görüşünün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işi davam etdirəcəyik”

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andriyu tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatla çıxış ediblər.

APA-nın məlumatına görə, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

Həmsədrlər tərəfləri birgə bəyanatda qeyd edilmiş razılaşmalara hörmət etməyə çağırıblar.

“Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa və həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq. Biz həmçinin prezidentlərin son iki görüşünün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işi davam etdirəcəyik”, deyə bəyanatda qeyd olunub.

Ana səhifəAnalitikaMinsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər