Mingəçevir qəzasının əks-sədası: metro işləmir (yenilənib)

”Avtobuslar sərnişinləri pulsuz daşımalıdır”

Source:


***


”Bakı metropoliteni” QSÇ-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, saat 13:10-dan etibarən “Bakı Metropoliteni” fəaliyyətini bərpa edib.


***





‘Avtobuslar sərnişinləri pulsuz daşımalıdır”

Mingəçevirdə “Azərbaycan İstilik Elektrik Stansiyasında” iyulun 2-dən 3-ə keçən gecə baş verən qəzanın fəsadları davam etməkdədir.

Belə ki, iyulun 3-ü saat 19:00 radələrində ölkə ərazisində elektrik enerjisinin yenidən kəsilməsi nəticəsində Bakı Metropolitenində gərgin anlar yaşanıb. Tunellərdə hərəkətsiz dayanan qatarlardakı sərnişinlər təxliyyə olunublar.

“Report” agentliyinə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfaya Əhmədova deyib ki, işıqların sönməsi ilə bağlı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib.

Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.

Bir neçə saat sonra Bakıya elektrik enerjisi yenidən verilsə də, metropoliten rəhbərliyi iyulun 3-də fəaliyyəti bərpa etməmək qərarına gəlib.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib ki, buna səbəb qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlığın olmamasıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-nin yaydıqları birgə məlumatda isə bildirilib ki, 4 iyul tarixində Bakı Metropoliteni bərpa işləri aparıldığından test rejimində fəaliyyət göstərəcək və sərnişinlər üçün bağlı olacaq.

Məlumatda qeyd edilib ki, paytaxt ərazisindəki digər müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.

“Paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Bütün metro stansiyalarının çıxışları, eləcə də Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilər müvafiq marşrut xətləri üzrə əlavə nəqliyyat vasitələri cəlb edilib. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib”.

Ana səhifəXəbərlərMingəçevir qəzasının əks-sədası: metro işləmir (yenilənib)