”Mikayıl Müşfiqi qalıqlarının tapılması məsələsi prezidentin nəzarətindədir”

Əli Həsənov: ”Məsələnin araşdırılması üçün işçi qrupunun yaradılması ilə bağlı göstəriş verilib”

Source:


Əli Həsənov: ”Məsələnin araşdırılması üçün işçi qrupunun yaradılması ilə bağlı göstəriş verilib”

“1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Prezidenti İlham Əliyevin diqqətini cəlb edib”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

“Azərtac”

-a belə deyib. Onun sözlərinə görə, İlham Əliyev məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT (Dezoksiribonuklein turşusu-Meydan TV) ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Əli Həsənov deyib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlət başçısının nəzarətindədir. Məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər görüləcək və nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

Rusiyada yaşayan iş adamı Fərhad Əhmədovun Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri apararkən Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyi haqda məlumatlar yayıldı.

Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.

F.Əhmədov axtarış işlərinin aparılmasında “NKVD” və Bayıl türməsinin keçmiş “ölüm korpusunun” tibbi xidmətinin əməkdaşlarının ona kömək etdiklərini deyir. Onun sözlərinə görə, axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstəriblər.

2017-ci ildə Londonda keçirilmiş genetik ekspertiza – DNT analizi “NKVD”nin sabiq əməkdaşlarının informasiyasını təsdiq edib. Tapılmış qalıqlar M.Bağırova məxsus olub. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn ediblər.

Mikayıl Muşfiqin qalıqlarına gəlincə, F.Əhmədovun sözlərinə görə, o, Qaradağ rayonunda aşkar edilmiş və M.Muşfiqə aid olduğu ehtimal olunan qalıqlar haqda Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verib. Bu ilin 5 iyununda isə Azərbaycan şairinin anadan olmasının 110 ili tamam olub.

Məsələyə diqqət ayıran “Virtualaz.org” və “haqqın.az” saytları sonradan həmin yazıları saytlardan yığışdırıb.

Ana səhifəXəbərlər”Mikayıl Müşfiqi qalıqlarının tapılması məsələsi prezidentin nəzarətindədir”