Meydan TV əməkdaşı saxlanıldı

Aytac Soltan qızı Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

Source:


20:00

 Aytac Əhmədova Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsindən sərbəst buraxılıb.

Meydan TV ilə əməkdaşlıq edən reportyor, 22 yaşlı Aytac Soltan qızı Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb.

O, Bakı vaxtıyla saat təxminən 16:00 radələrində mağazaya gedərkən Bakı şəhər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi əməkdaşları tərəfindən saxlanaraq idarəyə aparılıb.

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil. Xatırladaq ki, bundan bir neçə gün öncə Meydan TV’nin əməkdaşları Baş Prokrorluqda dindirilmişdi.

Ana səhifəXəbərlərMeydan TV əməkdaşı saxlanıldı