Bülbülün, Xan Şuşinskinin, Üzeyir Hacıbəyovun vətəni olan Şuşa Azərbaycan musiqisinə, poeziya, ədəbiyyatına unudulmaz sənət əsərləri qazandırıb. Kültür ab-havası ilə yoğrulmuş qədim Şuşa təkcə Azərbaycanın mədəniyyət mərkəzi deyil, o, 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, bununla əlaqədar tədbirlər planı hazırlanır. “Konsertlər, sərgilər, ədəbiyyat festivalı keçirməklə şəhərin gözəlliyini bütün dünyaya nümayiş etdirmək istəyirik”,- deyə nazir vurğulayıb.
“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycan mahnısını seçib. Ölkəni təmsil edən “ O səs Azərbaycan”ın qalibi Nadir Rüstəmli yarışmada “Fade to black” mahnısını ifa edəcək. İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də baş tutacaq.
Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimat mərasimi keçirilib. “Oskar” mükafatının aparıcısı Kris Rok səhnədə Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smiti saçı olmadığı üçün “Əsgər Ceyn” filmindəki eyniadlı obrazla müqayisə edib.
“Ən yaxşı aktyor” mükafatının qalibi zarafata dözməyərək Kris Rokun üzərinə hücum edib, həyat yoldaşının adını çəkməməyi tələb edib.
Daha sonra aktyor “Kris Roka hücum etdiyi üçün ondan və bütün tamaşaçılardan üzr istəyib.
Tədbirdə Ukraynada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ancaq aktyor Şon Penn bununla kifayətlənməməyə səsləyib. O, Ukrayna prezidenti Zelenskinin aktyor keçmişini xatırladaraq “Oskar”a video bağlantı ilə qoşulmağının vacib olduğunu bildirmişdi. Buna icazə verilməyəcəyi təqdirdə bütün dəvətlilərdən mərasimi boykot etməsini istəmişdi. Ukrayna müharibəsi haqqında film çəkən aktyor hətta aldığı Oskar mükafatlarını məhv edəcəyini söyləmişdi. Ancaq Oskar mərasimində Zelenskiyə platforma verilmədi. Rus blogerlər Metadan 1 milyard dollar tələb edir. Bu haqda Rusiya Blogerlər Şurası məlumat yayıb. Rusiyanın Ukraynaya hücumundan sonra instagram və facebook ölkədə fəaliyyətini dayandırıb.
Sosial şəbəkədə böyük izləyici kütləsi olan blogerlərə yüksək məbləğdə ziyan dəydiyi açıqlanıb. Gəlirlərini sosial şəbəkələr vasitəsilə əldə edən blogerlər təzminat tələb edir.