MeyArt – Keçmiş siyasi mühacir Elmir Mirzəyev Bakıda konsert keçirib

Bəstəkar, musiqişünas Elmir Mirzəyev 7 ildən sonra Azərbaycandadır. Uzun illər Almaniyada siyasi mühacir həyatı yaşamış sənətkar 21 oktyabrda Mədəniyyət Nazirliyinin təklifi ilə Beynəlxalq Muğam Mərkəzində konsert keçirib. “Müqəddəs Allegoria” adlanan konsertdə bəstəkar Elmir Mirzəyevin yaradıcılığının 20 illik dövrünü əhatə edən, fərqli janrlarda yazılmış kamera-instrumental və səhnə əsərləri təqdim olunub. 

Türkiyənin “Bozdağ Film” şirkəti Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə şərti adı “Qarabağ – Vətən müharibəsi” olan çoxseriyalı bədii televiziya filminin istehsalına başlayacaq. Ekran işi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də yayımlanacaq. Film 8 seriyadan ibarət olacaq. Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov çəkilişlərin 2023-cü ilin mart ayında reallaşacağını bildirib. Hər seriya üçün 212 min dollar vəsait nəzərdə tutulur. Dövlət satınalmalarının internet portalında yerləşdirilən məlumatına görə, dövlət büdcəsindən layihəyə 1 milyon 700 min manat vəsait ayrılıb. “Bozdağ Film” şirkəti “Kuruluş Osman”, “Diriliş Ertuğrul” kimi layihələrin istehsalçısıdır. 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi PÖFF Tallinn “Qara Gecələr”Film Festivalının əsas müsabiqə proqramına daxil edilib. “Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edən 23 filmdən biridir.

PÖFF Tallin Qara Gecələr Film Festivalının 26-cı buraxılışı 11-27 noyabr tarixlərində Estoniyanın Tallin şəhərində baş tutacaq.

Filmin rejissoru Asif Rüstəmovdur.

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Məşhur türk müğənnisi Sıla yeni klipini İranlı qadınlara həsr edib. 22 yaşlı Məhsa Əmini guya hicab qaydalarını pozduğuna görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Bu hadisədən sonra İranda qadınlar baş örtüklərini yandırıb, saçlarını kəsərək etirazlara başlayıb. Sıla “Qalxsın yatanlar” adlı klipində Mahsa Aminin ölümüylə simvolizə edilən saçlardan düzəldilən bayrağa da yer verilib. 

Türkiyənin pop ulduzu Gülşənin bəraət tələbi məhkəmə tərəfindən rədd edilib. Məhkəmə Gülşənin polis bölməsində imza atma öhdəliyini aradan qaldırıb, lakin sənətçinin səyahət qadağası davam edir. Gülşənin konsertlərin birində dostu ilə “İmam Hatip” məktəblərilə bağlı elədiyi zarafatın videosu twitter üzəridən yayılandan sonra sənətçinin haqqında araşdırma başladılıb, ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” maddəsi ilə haqqında həbs qərarı çıxarılıb. Gülşən 4 gündən sonra evini tərk etməmək şərti ilə azadlığa buraxılıb. Sənətçi deyir ki, mən günahsızam. Üzərim atılan cinayəti törətməmişəm və qəbul etmirəm. Yenə də dəyərlərinə zərər verdiyini düşündüyüm hər kəsdən səmimi olaraq üzr istədim.

Ana səhifəVideoMeyArt – Keçmiş siyasi mühacir Elmir Mirzəyev Bakıda konsert keçirib