Metyu Brayza: Rusiya Cənubi Qafqazda sülhməramlı rol oynamağa çalışır

”20 iyun görüşünün əsas nəticələrindən biri bu olub ki, yüksək səviyyəli görüşlər həmsədrlərin rəhbərliyi ilə Minsk Qrupu çərçivəsində davam etdiriləcək”

Source:
Metyu Brayza
Metyu Brayza
Metyu Brayza
Metyu Brayza


”20 iyun görüşünün əsas nəticələrindən biri bu olub ki, yüksək səviyyəli görüşlər həmsədrlərin rəhbərliyi ilə Minsk Qrupu çərçivəsində davam etdiriləcək”

“Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Sankt-Peterburqda keçirilən görüş iki Cənubi Qafqaz ölkəsi arasında ab-havanı yaxşılaşdırdı və hər iki prezident və xarici işlər nazirləri arasında gələcək müzakirələrdə ATƏT-in Minsk Qrupunun mərkəzi rolunu bərpa etdi”.

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Estoniya Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin direktoru Metyu Brayza deyib. O bildirib ki, Sankt-Peterburq görüşündə Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada razılaşdıqları kimi, təmas xəttində hərbi gərginliyi azalmaqla bağlı tədbirlərin həyata keçirilməsi və münaqişənin siyasi həlli ilə bağlı danışıqların bərpası üçün tələb olunan atmosferin yaradılması öhdəliyini üzərilərinə götürüblər: “Bütün bunlar ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlər baxımından irəliləyişlərdir, lakin münaqişənin həlli istiqamətində əsaslı (substantiv) nailiyyətlərin olduğuna işarə etmir. Bütün hallarda Sankt-Peterburq görüşü tərəfləri təhlükəsiz və daha stabil vəziyyətə doğru aparıb”.

M. Brayza ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi ilə keçirilən görüşdən kənarda qalmadığını söyləyib. Onun sözlərinə görə, məhz görüşün əsas nəticələrindən biri bu olub ki, yüksək səviyyəli görüşlər həmsədrlərin rəhbərliyi ilə Minsk Qrupu çərçivəsində davam etdiriləcək.

Keçmiş həmsədrin fikrincə, Rusiya bu ölkəyə qarşı sanksiyaları davam etdirən Aİ liderlərinə göstərmək istəyir ki, Cənubi Qafqazda sülhməramlı rol oynamağa çalışır.

M. Brayza hesab edir ki, münaqişənin həlli yolu 2007-ci ildən masa üzərində olan, münaqişənin həlli ilə bağlı təməl prinsipləri özündə əks etdirən Madrid sənədi üzərində işi yekunlaşdırmaqdam keçir: “Bunun baş verməsi üçün həmsədr ölkələrin prezidentlərinin, xüsusilə ABŞ prezidentinin bu işə cəlb edilməsi labüd olacaq”.

Ana səhifəAnalitikaMetyu Brayza: Rusiya Cənubi Qafqazda sülhməramlı rol oynamağa çalışır