Metrodakı ticarətçilərin 15 minlik tələbi

Metrostansiyalarda ticarətlə məşğul olanlar ötən ilin sonunda yeni köşklər üçün onlardan alınan 15 min manatı geri tələb edirlər. Etirazçılar bu tələblə Prezident Administrasiyası və Bakı şəhər Icra Hakimiyyətində olublar.

Source:


Metrostansiyalarda ticarətlə məşğul olanlar ötən ilin sonunda yeni köşklər üçün onlardan alınan 15 min manatı geri tələb edirlər. Etirazçılar bu tələblə Prezident Administrasiyası və Bakı şəhər Icra Hakimiyyətində olublar.


5 min adam işsiz qalacaq

Metrostansiyalarda dükan sahibləri olan ticarətçilər 2013-cü ilin sonlarında yeni köşklər üçün Bakı Metropoliten İdarəsi onlardan 15 min manat pul alınıb. Şikayətçilərin bəziləri o pulu ödəmək üçün borca girdiklərini, banklardan kredit götürməli olduqlarını bildirilər. Ödədikləri bu məbləğı qazanmağa macal tapmadan Metropolitenin yeni rəhbərliyinin onları uçurması haqda qərarı ticarətçiləri hiddətləndirib. Onlar bu qərarın 5 min nəfəri işsiz qoyacağını və xeyli maddi itgilərə məruz qalacaqlarını deyirlər:


“Adam var 200 min manat pulu batacaq”

“Stansiyalarda mağaza yeri almaq üçün əvvəllər bizdən 30-40 min istənilib. Elə adam var, 4-5 yeri var, demək dükanları söksələr, indi onların 200 min manatlıq pulu batacaq. İlin sonunda da yeni köşklər üçün hamıdan 15 min manat alıblar. Indi söksələr kim ödəyəcək ziyanı? Sökürlərsə bu pulumuzu heç olmaya versinlər”-deyən Kifayət adlı şikayətçi bildirib.

Bu tələblə ticarətçilər martın 14-də səhər saat 11-də Prezident Administrasiyasında olublar. Ordan vətəndaşları Bakı İcra Hakimiyyətinə yönləndiriblər. Saat 11.30-da 200-dək etirazçı İH-nə görüşə buraxılıb. Digər etirazçılara zalda yer olmadığı bildirilib. Jurnalistlər də görüşə buraxılmayıb.


“Bizə Avropa lazım deyil, biz acıq”

Şikayətçilərlə icra başçısı Hacıbala Abutalıbov görüşüb. Etirazçılar 1 il onlara mphlət verilməsini istəyiblər. İcra başçısı vətəndaşlara bildirib ki, onlara “Günəşli, “Şərq” və “Yaşıl” bazarlardan yer ayıra biləcəklərini və 3 ay icarə haqqı alınmayacaq. Lakin şikayətçilər bununla razılaşmayıblar. Hacıbala Abutalıbov həmçinin bildirib ki, Bakını Avropa şəhəri kimi görmək istəyir və bu səbəbdə o da hesab edir ki, stansiyalardakı köşklər yığışdırılmalıdır. Vətəndaşlar isə buna da öz etirazlarını bildirərək, “Bizə Avropa lazım deyil, biz acıq” söyləyiblər. Şikayətçilərlə dil tapa bilməyən icra başçısı görüşü yarımçıq tərk edib. O, İH-nin son qərarlarını vətəndaşlara növbəti həftənin birinci günü açıqlayacağını bildirib.

Ana səhifəXəbərlərMetrodakı ticarətçilərin 15 minlik tələbi