Mətanət Əzizovanın evində axtarış aparılır

Hüquq müdafiəçisi ölkə xaricindədir

Source:


Hüquq müdafiəçisi ölkə xaricindədir

Respublika Prokurorluğunun rəsmiləri “Qadın Krizis Mərkəzi”nin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın mənzilində axtarış aparır.

Meydan TV-yə bu barədə məlumatı Mətanət Əzizovanın vəkili Samirə Ağayeva verib. Onun sözlərinə görə, axtarışla bağlı onlara da məlumat verilib. Hazırda hadisə yerinə gedirlər.

Mayın 3-də hüquq müdafiəçisinin mənzilində axtarış aparılmalı idi. Lakin istintaq qrupunun rəhbəri İbrahim Ləmbəranski zəng axtarış üçün məhkəmə qərarı təqdim etmədiyindən qrup evə buraxılmayıb.

Mətanət Əzizovanın telefonlarına zəng çatmır. Hüquq müdafiəçisinin anası Mirvari Qəhrəmanlı qızının ölkə xaricində seminarda olduğu deyir.

Ana səhifəXəbərlərMətanət Əzizovanın evində axtarış aparılır