Mərkəzi Bank: İllik inflyasiya 2,3 faiz olacaq

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi dəyişmədi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin və faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması barədə qərar verib.
Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, uçot dərəcəsi 9,75 faiz, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% səviyyəsində qalacaq.

Sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 2018-ci il oktyabrın 30-da dəyişib. Həmin gün uçot dərəcəsi 10 faizdən 9,75 faizə endirilib. Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsi və faiz dəhlizi parametrləri ilə bağlı növbəti qərar 2019-cu il fevralın 1-də veriləcək.

İnflyasiya gözləntiləri ilə bağlı Mərkəzi Bank hesab edir ki, 2018-ci ilin sonuna inflyasiyanın 2.3 faiz ətrafında qərarlaşacağı gözlənilir.

Bundan başqa Mərkəzi Bank 2018-ci ilin yekunu üzrə tədiyə balansının əhəmiyyətli profisitli olacağı və ölkənin strateji valyuta ehtiyatlarının artımının gözlənildiyini bildirib.

İnflyasiya riskləri barədə Mərkəzi Bankda hesab edirlər ki, başlıca sabitləşdirici amil kimi dayanıqlı makroiqtisadi çərçivə fundamental rol oynayır.

“Lakin bu balans dinamik xarakter daşıyır və bir sıra xarici və daxili proseslər inflyasiyanın artırıcı risk amillərini aktivləşdirə bilər. Xarici amillərə dünya neft bazarında qiymətlə bağlı qeyri-müəyyənliklər, ticarət tərəfdaşlarının maliyyə bazarlarında məzənnə dəyişkənliyi və bu ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wpp4i0

Ən çox baxılan