“Mənim yoldaşımı İlham Əliyev şərlətdirib həbs etdirdi”

AXCP üzvü Aqil Hümbətov noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin “xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə təqsirli bilinib
“Bir sözlə, utanın ki, ay hakimiyyət görün siz kimi aparmısınız? Utanın! Aqil Hümbətov kardon, plastik yığırdı, uşağını zülmlə saxlayırdı…götürüb aparmısan evin başçısını“- Aqil Hümbətovun yoldaşı Aygün Hümbətova şikayətlənir.
Aqil Hümbətov sosial şəbəkələrdə ölkə başçısı İlham Əliyevin siyasətini tənqid edən çıxışlar edirdi. O, hökumətdən uşaqpulunun verilməsini tələb edirdi.
Xanımı düşünür ki, yoldaşını bu çıxışlarına görə həbs ediblər
Aygün Hümbətova deyir, yoldaşı həbs olunandan uşaqlarını təkbaşına necə böyüdəcəyinin fikrini edir.
“Facebook üzərindən İlham Əliyevə qarşı çıxışlar edirdi. Canlı yayım açdığına görə mənim yoldaşımı İlham Əliyev şərlətdirdi. Onun göstərişi ilə yoldaşım həbs olunub. Onun göstərişi olmasa, heç kim bu işi görməz”.
O, tənqidi çıxışlarından sonra 2019-cu ildə saxlanılaraq 30 sutka inzibati həbsə olunub
2021-ci ilin aprelində Aqil Hümbətovu Psixiatriya Xəstəxanasına yerləşdiriblər
AXCP Hümbətovun prezident İlham Əliyevi tənqid etdiyinə görə təzyiqlərə məruz qaldığını açıqlayıb

Ana səhifəReportaj“Mənim yoldaşımı İlham Əliyev şərlətdirib həbs etdirdi”