Mehman Qaraxanoğlu: “Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir”

Mehman Qaraxanoğlu

Tənqidçi Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina etdi

“Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir. Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.

Bunu tənqidçi Mehman Qaraxanoğlu “Facebook” səhifəsində yazıb.

O, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən imtina etdiyini bildirib.

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr, proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhətlər idi”, – tənqidçi yazıb.

2022-ci il oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib və Xalq yazıçısı Anar yenə də Birliyin sədri seçilib.

Ana səhifəXəbərlərMehman Qaraxanoğlu: “Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir”