işgəncə

Mənbə: meydan tv

Başlıq: işgəncə

''Məhkum işgəncələrə dözməyib özünü ülgüclə doğradı''

Mikayıl Dəmirlinin yaxınları ondan məlumat ala bilmirlər

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Mikayıl Dəmirlinin ona verilən işgəncələrə etiraz olaraq damarlarını ülgüclə doğradığı bildirilir. Bu haqda Meydan TV-yə onun yaxınları məlumat verib. Yaxınları deyirlər ki, Mikayıl Dəmirliyə qarşı işgəncəyə müəssisə rəisi Şahin Həsənov rəhbərlik edib.

“Onu rəis müavini Natiq, rejim rəisi Cavid və digəriləri vəhşicəsinə döyüblər. Döyülməyə səbəb ondan pul tələbi ilə bağlıdır,”- deyə yaxınları bildirib.

Məhkumun yaxınlarının sözlərinə görə, bundan əvvəl də Mikayıl Dəmirliyə qarşı amansız, qeyri-insani rəftar olub. Onun hazırda ağır vəziyyətdə olduğu haqda xəbərlər var. Yaxınları Mikayıl Dəmirlinin özünə xəsarət yetirməsi xəbərini alandan sonra 13 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər. Lakin onlara Mikayıl Dəmirli ilə görüşə icazə verilməyib. Yaxınlarına məhkumun paltarları verilib. Həmin paltarların arasında onun bir neçə yerdən cırılmış şalvarı da olub. Yaxınları deyirlər ki, cəzaçəkmə müəssisəsindən aldıqları qeyri-rəsmi məlumatda Mikayıl Dəmirlinin özünə xəsarət yetirdiyi, paltarlarının döyülmə zamanı cırıldığı bildirilir:

“Dəfələrlə Penitensiar Xidmətin qaynar xəttinə zəng etsək də, bizə konkret cavab verilmir”.

Məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı Elşən Sadıqlı Meydan TV-yə deyilənləri yalanlayıb:

“Mikayıl Dəmirli müəssisənin daxili intizam qaydaların riayət etmədiyi üçün "cərimə kamerası"na salınıb. Amma bundan əvvəl valideynləri görüşdü, görüşdə müəssisə rəhbərliyi də iştirak edirdi. Bunları ona görə xatırlatdım ki, onun özünə xəsarət törətməsi yalandır, valideynləri də buna şahiddir".

Məhbusun xalası Mirnisə Dadaşova da yaxınlarının dediklərini təsdiqləyib. Bildirib ki, ailəsi Mikayıl Dəmirli ilə bu hadisədən əvvəl görüşüb. Məhbus isə iyunun 11-də özünə xəsarət yetirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xsxoxr

Ən çox baxılan