Məhkəmə önündə qarşıdurma yarandı

Gənclər və jurnalistlər arasında saxlanılanlar var


Gənclər və jurnalistlər arasında saxlanılanlar var

Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qarşısında polislə NİDA-çıların məhkəməsini izləməyə gələnlər arasında qarşıdurma yaranıb. Polis məhkəmə binasının önünə toplaşanlara, eləcə də qadınlara qarşı zorakılq tətbiq edib. Xeyli sayda saxlanılanlar var. Jurnalistlər də saxlanılanlar arasındadır.

Meydan TV əməkdaşının məlumatına görə, saxlanılanardan yalnız bunların adı məlumdur: Şəfi Şəfiyev, Nicat Məmmədbəyi, Tural Abbaslı, Kəmalə Bənənyarlı, Hüseyn Qarasulu, Rəsul Mürsəloğlu, Cavid Hacıbəyli, Türkel Azərtürk, Toğrul İbrahimli, Ofeliya Rəsulzadə, “Azadlıq” qəzetindən Xalid Qarayev, digər jurnalistlər Sarvan Әbdülәzimov, Tural İbrahim, Amid Süleymanov, Hacı Zeynallı, Orxan Eyyubzadә, Orxan Rüstәmzadә, Seyran Nәbiyev,  Kamran, Orxan Rza, Çilənay Azərtürk.

Saxlanılanıların Səbail Rayon Polis İdarəsinə aparıldığı deyilir.

Qarşıdurma zaman jurnalistlər arasında yaralanan da olub. Belə ki, “Turan” agentliyinin əməkdaşı Etimad Budaqov polis zorakılığına məruz qalıb.

Hazırda polis ərazini boşaldır

Ana səhifəXəbərlərMəhkəmə önündə qarşıdurma yarandı