”Mariya Zaxarovanın dedikləri cəfəngiyyatdır”

İlqar Vəlizadə: ”Referenfum keçiriləcəksə, bölgənin Azərbaycan icması da o prosesdə iştirak etməlidir”

Source:


İlqar Vəlizadə: ”Referenfum keçiriləcəksə, bölgənin Azərbaycan icması da o prosesdə iştirak etməlidir”

“Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ məsələsi istisnasız olaraq danışıqlar yolu ilə həll olunmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.

O bildirib ki, problem siyasi-diplomatik yolla həllini tapmalıdır: “Bir daha xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri arasında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2009-2013-cü illər ərzində qəbul etdikləri bəyanatları da var ki, həmin bəyanatlarda Dağlıq Qarabağın statusunun hüquqi baxımdan məcburi olan öz iradəsini ifadəetmə (referendum – APA.) əsasında müəyyənləşdirilməsi öz əksini tapıb. Biz öz tərəfimizdən vasitəçi kimi digər həmsədr ölkələrlə birlikdə tərəflərə bu məqsədi həyata keçirmək üçün bütün lazımı köməyi edəcəyimizə hazır olduğumuzu təsdiq edirik”.

M. Zaxarova onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi daim Rusiya Xarici İşlər Nazirliyinin gündəliyində dayanır.

M.Zaxarovanın fikirlərini Meydan TV-yə şərh edən siyasi şərhçi Nicat Məlikov deyilənləri siyasi cəfəngiyyat hesab edib. Onun fikrincə, Dağlıq Qarabağ probleminin diplomatik həll yolu yoxdur: “Azərbaycan ərazi bütövlüyünü bərpa etməlidir. Biz Rusiya XİN-nin mətbuat katibinin hər hansı cəfəng açıqlamalarına diqqət etmək marağında olmamalıyıq”.

Onun həmkarı İlqar Vəlizadə isə düşünür ki, Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamayla referendumu nəzərdə tutur: “Azərbaycan tərəfi bu barədə danışmasa da, Madrid Prinsiplərində bu barədə bənd var. Sadəcə, Rusiya və Ermənistan prinsiplərin beşinci məsələsini indi müzakirə etmək istəyirlər. Bu isə mümkün deyil. Birinci odur ki, Ermənistan qoşunu ərazilərdən çıxarılmalı, məcburi köçkünlər yurdlarına qayıtmalı, bundan sonra o məsələyə gəlmək olar. Nəhayət, referenfum keçiriləcəksə, bölgənin Azərbaycan icması da o prosesdə iştirak etməlidir. Bütün hallarda referendumun müxtəlif şərtləri ola bilər. Ümumi sayın 40 faizini azərbaycanlılar təşkil edirsə, onların münasibəti mütləq nəzərə alınmalıdır”.

Ana səhifəAnalitika”Mariya Zaxarovanın dedikləri cəfəngiyyatdır”