Manaf Ağayeva 15 sutka həbs cəzası verildi (yenilənib)

Manaf Ağayev, Mənbə: https://baku.ws/

***

14.24. Müğənni ilə Füzuliyə səfər edən şəxs də həbs edilib

Müğənni Manaf Ağayev və onunla birgə Füzuliyə səfər edən Sənan Hüseynova 15 sutka həbs cəzası verilib.

Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə bildirib ki, hələ araşdırma davam etdirilir: “Həbs olunanların işğaldan azad edilmiş ərazilərə icazəsiz buraxılması məsələsi araşdırılır. Araşdırmadan sonra onları postlardan buraxan polislər də cəzalandırılacaq”.

***

Müğənninin Füzuliyə icazəsiz səfər etdiyi bildirilir

“Manaf Ağayev hələ də polis idarəsində saxlanılır. Polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Gün ərzində yekun qərar veriləcək”.

Bunu Meydan TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

Müğənni Manaf Ağayevin işğaldan azad olunmuş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb.

Həmin görüntülərdən sonra müğənni və videoda yanında olan vətəndaş polis idarəsinə dəvət olunub.

Bildirilir ki, onlar işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər ediblər.

Müğənni ilə Füzuliyə səfər edən şəxsin iş adamı olduğu bildirilir.

Ana səhifəMədəniyyətManaf Ağayeva 15 sutka həbs cəzası verildi (yenilənib)