E.Makron

Mənbə: google.az

Başlıq: E.Makron

Makron koronavirusa yoluxub

Məqalə yeniləndi:  17 Dekabr 2020

Prezident bir müddət məsafəli işləyəcək

Fransa Prezidenti Emmanuel Makron COVİD-19 infeksiyasına yoluxub.

Bu barədə Reuters Yelisey Sarayına istinadən məlumat yayıb.

Fransa dövlət başçısının test verərkən virusa yoluxduğu bildirilib: “Prezident minimum bir həftə təcrid olunub və o, bu müddətdə məsafəli işləyəcək”.

Bu səbəbdən Fransa Baş nazirinin karantinə çıxdığı və hökumət üzvlərinin test verəcəyi qeyd olunub.

Məlumatda Fransada 2.4 milyon insanın yeni koronavirusa yoluxduğu xatırlanıb: “59 mindən çox adam ölüb”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 Dekabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5u8s97

Ən çox baxılan