Aktyorla vida mərasimi təşkil olunub
Fransalı aktyor Jan-Pol Belmondo sentyabrın 9-da dəfn olunacaq.
Yelisey Sarayından verilən məlumata əsasən, mərhumla vida mərasimi həmin gün Parisdə yerləşən Əlillər Evində
keçiriləcək
.
88 yaşlı aktyorun ölüm səbəbi məlum deyil. Sentyabrın 6-da aktyorun vəkili onun vəfatı ilə bağlı məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron aktyorun ölümü ilə əlaqədar başsağlığı verib. Siyasətçi mərhum aktyoru ölkənin milli sərvəti adlandırıb.
Jan-Pol Belmandonun kinoda debütü 1957-ci ildə olub. O, fransız kinosunda “yeni dalğa”nın manifesti hesab olunan “Son nəfəsdə” (1957) filmindəki Mişel Puakkar rolu ilə məşhurlaşıb. İlk filmlərində üsyankar gənc obrazı yaradıb. Sonrakı dövrlərdə komediyalarda və döyüş filmlərində kəskin xarakterli rolları canlandırıb. Aktyor yüzdən çox filmə çəkilib.
Belmando 2001-ci ildə insult keçirib. Uzun fasilədən sonra 2008-ci ildən yenidən kinoya qayıdıb. 2015-ci ildə karyerasına son qoyduğunu deyən aktyor, sonradan yeni film təkliflərinə açıq olduğunu bildirib.