Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
40 yaşlı İmaməddin İntiqam oğlu Əlimanov “Youtube”-da “Xalq TV” adlı kanalın təsisçisidir.
İmaməddin Əlimanov xaricdə yaşadığı üçün onun barəsində 2021-ci il mayın 27-də axtarış elan edilib.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Bu ilin martında Azərbaycanın Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri ard-arda bir sıra cinayətlərdə şübhəli bilərək istintaqa çağırırdı. Ardınca onların bir neçəsi barədə məhkəmə qərarı ilə qiyabi azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə blogerə qiyabi hökm oxunub.
Hökmə əsasən, İmaməddin Əlimanova 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 12.1 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.