Luvr muzeyi biletlərin qiymətini qaldıracaq

Luvr muzeyi. Foto: “louvre”

Qiymət artımının elektrik enerjisinin xərcləri ilə bağlı olduğu deyilir

Parisdəki Luvr muzeyi 2024-cü il yanvarın 15-dən bilet qiymətlərini 17 avrodan 22 avroya qaldıracağını açıqlayıb.

Bu, 2017-ci ildən bəri qiymətlərin birinci artımıdır.

Qərarı onunla əlaqələndirilib ki, daha yüksək tarif muzeyə elektrik enerjisinə artan xərclərin öhdəsindən gəlməkdə, yaşı 18-dək ziyarətçilər, eləcə də müəllim və jurnalistlər kimi müəyyən insanların muzeyə ödənişsiz giriş xərclərini qarşılamaqda kömək olacaq.

Qiymət artımı 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının başlamasına altı ay qalmış qüvvəyə minəcək.

Açıqlamada oyunlardan bəhs edilməsə də, şəhərin iyulun 20-dən sentyabrın 8-dək davam edəcək Olimpiadaya 10 milyondan çox insanın qatılacağı gözlənilir.

Oyunlar zamanı mal və xidmətlərə artan tələbatın öhdəsindən gəlmək üçün Parisdəki bir çox təşkilat qiymətləri artırır.

Şəhər metro biletinin qiymətini iki qat artıraraq 2,10 avrodan 4,00 avroya qaldıracaq, baxmayaraq ki, bu addım artıq Paris şəhər rəsmilərinin reaksiyasına səbəb olub.

“Le Monde” qəzeti Paris turizm bürosunun hesabatına əsasən, bildirir ki, otellərin qiymətləri 2023-cü və 2024-cü il yay mövsümləri dövründə 300 faiz artacaq.

Luvr Muzeyi (Musée du Louvre) 1793–cü ildə istifadəyə verilib.

Muzey qədim kral sarayının binasıdır (Palais du Louvre).

Muzeydə 33 mindən çox əsər qorunub saxlanılır.

Ana səhifəMədəniyyətLuvr muzeyi biletlərin qiymətini qaldıracaq