Leonid Kuravlyov vəfat edib

Foto: https://www.tellerreport.com/

Aktyorun ağciyər iltihabından öldüyü bildirilir

Sovet və Rusiya kino aktyoru Leonid Kuravlyov 86 yaşında vəfat edib.

Aktyor yanvarın 10-da pnevmoniya (ağciyər iltihabı) diaqnozu ilə Kommunarkada koronovirus xəstələri üçün nəzərdə tutlan xəstəxanaya yerləşdirilmişdi.

Yanvarın 26-da isə reabilitasiya üçün başqa bir tibb müəssisəsinə köçürülmüşdü.

Leonid Kuravlyov 1936-cı il oktyabrın 8-də Moskvada doğulub.

Kino karyerası döründə 194 filmə çəkilib.

Aktyor “Afonya”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Görüş yerini dəyişmək olmaz”, “Ən füsunkar və cazibədar”, “Qızıl buzov” və digər filmlərdə maraqlı obrazlar yaradıb.

Rusiya Kinematoqrafçılar İttifaqının katibi Mixail Kalinin bildirib ki, Leonid Kuravlev fevralın 1-də Troyekurov qəbiristanlığında dəfn olunacaq.

Mərasim qapalı keçiriləcək.

Ana səhifəMədəniyyətLeonid Kuravlyov vəfat edib