Obadiah Moyo

Mənbə: https://africa.cgtn.com/

Başlıq: Obadiah Moyo

Korrupsiya ittihamı ilə üzləşən Zimbabvenin Səhiyyə naziri vəzifəsindən azad edilib

Obadiah Moyo COVİD 19 ləvazimatları satan şirkətə 60 milyon dollar məbləğində müqavilə verib

Covid-19 tibbi ləvazimatı üçün milyon dollarlıq müqavilənin verilməsi ilə bağlı korrupsiyada ittiham olunan Zimbabve Səhiyyə naziri Prezident tərəfindən işdən çıxarılıb, - “Guardian” xəbər verir.

Obadiah Moyo bu həftə Emmerson Mnanqaqva (Mnangagwa) tərəfindən dövlət məmuru olaraq qeyri-qanuni davranışına görə vəzifəsindən alınıb.

Moyo həbs edilib. O, nazirliyin hökumətə şişirdilmiş qiymətə Covid-19 ləvazimatları satan şirkətə 60 milyon dollar (47 milyon funt sterlinq) məbləğində müqavilə verməsiylə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Məhkəmə sənədlərinə görə, Moyo müqaviləni Zimbabvenin Satınalma və Tənzimləmə Təşkilatının razılığı olmadan bağlayıb. Milyonluq müqavilə əsas ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Drax International” MMC-yə tender yolu ilə verilib.

Moyo hazırda girov müqabilində azadlıqdadır və o, iyul ayının sonunda yenidən məhkəməyə çıxacaq, - xəbərdə deyilir.

“Drax International” MMC cinayətdə iştirakını rədd edib.

Zimbabve hökumətinin ölkə iqtisadiyyatını dağılmaqdan xilas etmək üçün beynəlxalq yardım paketinə ehtiyacı olduğu bir zamanda korrupsiya ilə mübarizə edə bilmədiyi üçün açıq tənqid edilir.

Eyni zamanda ölkə Covid-19 infeksiyaları səbəbindən ciddi sağlıq böhranı yaşayır. Ölkədə indiyədək 885 Covid-19 halı qeydə alınıb. Zimbabvedə sağlıq işçilər yaxşı işləmə şəraiti, o cümlədən qoruyucu vasitələr və maaş üçün etiraz edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vk24tx

Ən çox baxılan