Koronovirus dünya film sənayesinə zərbə vurub

Çünki Çin kino sahəsində ABŞ-dan sonra ən böyük bazar hesab olunur.

Source: Foto: http://www.cumhuriyet.com.tr/


Filmlərin nümayişi qeyri-müəyyən vaxta təxirə salınıb

2019-cu ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus epidemiyası dünya kino sənayesinə də təsirsiz ötüşməyib.

Epidemiya ilə əlaqədar olaraq Çinin müxtəlif şəhərlərində “Oskar”a namizəd olan “Dovşan Coco”, “Balaca qadınlar” və “1917” filmlərinin nümayişi qeyri-müəyyən vaxta təxirə salınıb. Həmçinin ölkədə fəaliyyət göstərən 70 min kinoteatrın fəaliyyəti dayarlandırılıb. Bu da o deməkdir ki,

fevral ayı

nda ölkə kinoteatrlarında nümayişi nəzərdə tutulan 11 xarici filmin göstərilməsi ləğv edilib.

Bu da Çindən daha çox “Hollywood” film sənayesinə zərbə kimi qiymətləndirilir. Çünki Çin kino sahəsində ABŞ-dan sonra ən böyük bazar hesab olunur. Buna görə böyük büdcəsi olan filmlərin Çində nümayiş olunmaması, böyük gəlir itkisi hesab edilir.

Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası növbəti “Oskar” mükafatına namizədlərin siyahısında bu il “Joker”, “İrlandiyalı”, “Dovşan Coco”, “Ford Ferrariyə qarşı”, “Balaca qadınlar”, “Evlilik hekayəsi”, “1917”, “Bir zamanlar Hollivudda” və “Parazitlər” filmləri yer alıb.

Qaliblərin adı fevralın 9-da Los-Ancelesdə keçiriləcək təqdimat mərasimində açıqlanacaq.

Ana səhifəMədəniyyətKoronovirus dünya film sənayesinə zərbə vurub