Koronavirus: 142 yoluxma, 150 sağalma, 1 ölü

Aktiv xəstə sayı 2049 nəfərdir.

Source: Meydan TV


Azərbaycanda indiyədək 37 min 874 nəfər virusa yoluxub, 556 nəfər ölüb

Sentyabrın 10-da 1 xəstə yeni koronavirus infeksiyasından ölüb, 142 adam yoluxub, 150 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanda indiyə qədər 37 min 874 nəfər COVİD-19 infeksiyasına yoluxub.

Onlardan 35 min 269 nəfər müalicə olunaraq sağalıb, 556 pasient ölüb.

Aktiv xəstə sayı 2049 nəfərdir.

Operativ qərargah ötən müddətdə 988 min 268 testin aparıldığını qeyd edib: "Bugünkü test sayı isə 7290-dır".

Ana səhifəSosialKoronavirus: 142 yoluxma, 150 sağalma, 1 ölü