Qəbələdəki oyunda qapılara beş qol vurulub
“Qəbələ” klubu iyulun 27-də UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə ilk oyununu keçirib.
Qəbələ təmsilçisi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Kiprin “Omoniya” komandasını qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb.
Oyun “Qəbələ”nin məğlubiyyəti ilə yekunlaşıb. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda “Omoniya”ya 2:3 hesabı ilə uduzub.
Komandalar arasında cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.