Komanda iqtisadiyyatından imtina edilməli

Source:

İxracyönümlü geyim sektoru qurmağın yolu indiki inhisarçılıqdan imtinadan keçir

Hökumət Mingəçevir Sənaye Parkını geyim istehsalı üzərində qurmaq istəyir.

Azərbaycan tekstil məhsullarını əsasən idxal edir. Rəsmi məlumata görə, geyim məhsullarının illik idxalının həcmi 100 milyon dollardan bir qədər azdır. Lakin bu sahədə ticarət quran iş adamlarının dediyinə görə, real idxal bundan azı 3-4 dəfə çoxdur. Yəni reallıqda ən azı 300-350 milyon dollarlıq idxal həcmini əvəzləyən yerli istehsalın qurulmasından gedir. Üstəgəl, Türkiyədə 15 milyard dollarlıq əlavə dəyər yaradan tekstil sənayesi 2 milyon nəfərə yaxın insanı işlə təmin edir. Bu ölçü ilə yanaşsaq, biz təkcə 300-350 milyon dollarlıq idxaləvəzləyici geyim sənayesi hesabına 20-25 min nəfəri işlə təmin edə bilərik. İxracyönümlü sənaye qurulsa, sektorun sayəsində məşğulluğun miqyası daha da genişlənə bilər.

Bu baxımdan yerli sənayeni inkişaf etdirmək doğru yanaşmadı.

Amma bu sahənin ayaqda durması üçün açılan yeni müəssisələrin rəqabətqabiliyyətli məhsul istehsalına nail olmaq gərəkdir. Rəqabətqabiliyyətlilik üçün başlıca şərt – anoloji idxal mallarından keyfiyyətli və ucuz məhsul istehsalına nail olmaq.

Əks halda bu müəssisələr də Şamaxıda 3 ildə (2005-2008-ci illər) açılan 4 zavodun taleyini yaşaya bilər.

Məlumat üçün deyim: Şamaxıda açılan soyuducular zavodu 2008-də 2800 ədəd, 2015-də 80 ədəd, kondisioner zavodu 2008-də 6200 ədəd, 2015-də 180 ədəd, televizor zavodu 2010-da 8500, 2015-də 790 ədəd, avtomobil zavodu 2010-2015-ci illərdə cəmi 25 ədəd məhsul istehsal edib.

Bir maraqlı məlumat da deyim: ən son məlumata görə, dünya geyim ixracatının həcmi təxminən 37 milyard dollardır. Bu məbləğin təxminən 74%-i 11 ölkənin payına düşür: Çin (24%), Almaniya (9.8%), ABŞ (8,2%), İtaliya (7.3%), Honkonq (5.7%), Yaponiya (3.9%), Tayvan (3.7%), Cənubi Koreya (3.4%), Fransa (3.3%), Niderland (2.2%), Türkiyə (2.2%).

Əsas ixracatçı ölkələrin siyahısına baxanda aydın olur ki, ixracyönümlü geyim sektoru qurmağın yolu indiki inhisarçı və komanda iqtisadiyyatından imtina etməkdən keçir.

Ana səhifəAnalitikaKomanda iqtisadiyyatından imtina edilməli