Kəşmir

Mənbə: google.az

Başlıq: Kəşmir

Kəşmir azyaşlı qızın təcavüzünə etiraz edir

Aksiyaçılarla polis qüvvələri toqquşub

Kəşmirin Hindistan tərəfindən idarə olunan hissəsində üç gündür etrazlar davam edir və etirazçılar üç yaşlı qıza təcavüz etdiyi iddia edilən kişiyə ölüm cəzası verilməsini tələb edirlər,- BBC xəbər verir.

"Şübhəli qaçmağa çalışıb, amma biz onu tutmuşuq," deyə qızın atası BBC Hindcəyə bildirib. Ata şübhəlinin qonşu olduğunu və polisin onu həbs etdiyini söyləyib.

Bazar günü etirazlar olub. Bazar ertəsi günü isə minlərlə adam küçələrə axışıb və onlarla insan polislə müqavimət zamanı polisin istifadə etdiyi gözyaşardıcı qazdan xəsarət alıb.

"Biz ədalət və ciddi cəza istəyirik,"- qızın atası Şair Əli Dar deyib.

Çərşənbə axşamı etirazlar davam etdiyindən Bandipor bölgəsində məktəblər və kolleclər bağlanıb.

Kaşmir vadisi də bazar ertəsi günü hərəkətsiz qalıb. Etirazçılar bir çox yerdə polis və paramilitar qüvvələrlə toqquşub. Bölgədə məktəblər və iş yerləri çalışmır.

Polis yerli mətbuata deyib ki, şübhəli uşağı yaxın bir məktəbə aparıb və keçən həftə orada təcavüz edib.

"O, anasını qışqıraraq çağırırdı,"- atası deyib: "Biz məktəbə qaçdıq və onu tualetdə qanaxma içində tapdıq".

Kəşmir bölgəsində yetkinlik yaşına çatmayanların təcavüzü nisbətən az olduğu üçün hadisə geniş səs-küyə və qəzəbə səbəb olub.

Hökumətin son statistikası göstərir ki, iki altı yaşına çatmamış qızın təcavüz hadisəsi 2016-cı ildə baş vermişdi. Həmin ildə 21 azyaşlılara qarşı təcavüz hadisəsi qeydə alınıb.

Keçən il Kathua bölgəsində səkkiz yaşındakı bir müsəlman qızın təcavüzə nəticəsində öldürülməsi Kəşmirdə etirazlara səbəb olmuşdu.

Hadisə ictimailəşəndən bir qədər sonra federal hökumət 12 yaşınadək yetkinlik yaşına çatmayanları təcavüz etməkdə ittiham edilənlərə ölüm cəzası tətbiq edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wut7na

Ən çox baxılan