Jurnalist Ramil Usubova və Zakir Qaralova müraciət etdi

Yafəs Əkrəmoğlu təhdid olunduğunu və düşünmək üçün 5 gün vaxtının qaldığını dedi

Source:


Yafəs Əkrəmoğlu təhdid olunduğunu və düşünmək üçün 5 gün vaxtının qaldığını dedi

Azadlıq Radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu daxili işlər naziri Ramil Usubova və Baş Prokuror Zakir Qaralova təhdid olunduğuyla bağlı müraciət edib. Bu barədə jurnalist Meydan TV-yə bildirib ki, dünən axşam inbox mesaji alıb: “Mənə verilən vaxtın yarısının keçdiyini, düşünmək üçün cəmi 5 günümün qaldığını xatırladırlar. Mesaj, bu yaxınlarda facebookda mənim əleyhimə yaradılan “Yafəz Əkrəmoğlu kimdir?” qrupunun admini tərəfindən göndərilib.

Bir neçə gün öncə həmin qrupda jurnalist fəaliyyətimi dayandırmayacağım təqdirdə məni öldürəcəkləri ilə bağlı elan yazmışdılar”. O, bu qrupun Naxçıvanın xüsusi xidmət orqanları tərəfindən yaradıldığına şübhəsinin olmadığını deyib: “Elana görə onların tələbinə əməl etməsəm, vaxt tamam olandan sonra məni aradan götürmək üçün plan quracaqlar. Lütfkarlıq edib düşünmək üçün mənə 10 gün vaxt da veriblər.Əsas tələbləri insan haqlarının ən çox pozulduğu, dünyadan təcrid etməyə çalışdıqları Naxçıvan haqqında tənqidi yazıların təcili dayandırılmasıdır. Amma mən heç vaxt bu tələbə əmələ etməyəcəm”.

Ana səhifəXəbərlərJurnalist Ramil Usubova və Zakir Qaralova müraciət etdi