Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya edildi

Azərbaycanlı jurnalist və vəkilləri ilə Ximki Şəhər Məhkəməsinin müvafiq qərarından şikayət veriblər.

Source: Foto: report.az


Jurnalisti hava limanında ictimaiyyət nümayəndələri və yaxınları qarşılayıblar

Rusiyadan deportasiya edilən jurnalist Fuad Abbasovu iyunun 26-da, gecə saatlarında Bakıya gəlib. “Report”un məlumatına görə, jurnalisti Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Rusiyanın bir neçə azərbaycanlı icması Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayəti Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb.

Azərbaycanlı jurnalist və vəkilləri ilə Ximki Şəhər Məhkəməsinin müvafiq qərarından şikayət veriblər.

Ana səhifəXəbərlərJurnalist Fuad Abbasov Azərbaycana deportasiya edildi