YSK-nin son açıqlaması

Mənbə: Foto: http://www.hurriyet.com.tr/

Başlıq: YSK-nin son açıqlaması

İstanbulda seçicilərin 84 faizi seçkilərə qatılıb

YSK: ''Seçicilərin 4 741 868 nəfəri Əkrəm İmamoğluna səs verib ki, bu, 54.21 faiz deməkdir''

Türkiyənin Ali Seçki Qurumu (YSK) 23 iyun İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səsvermənin nəticələrini açıqlayıb.

Bu barədə danışan YSK sədri Sadi Güvən bildirib ki, İstanbulda 8 925 063 nəfər seçici var, onların 84.5 faizi seçkiyə qatılıb. Sayılan seçki bülletenlərindən 8 746 464-ü etibarlı, 178 599-u etibarsız olub.

“Seçicilərin 4 741 868 nəfəri Əkrəm İmamoğluna səs verib ki, bu, 54.21 faiz deməkdir. Binəli Yıldırım isə 3 935 453 səs toplayıb, 44.99 faiz”.

YSK sədri indiyə qədər 19 910 seçki qutusunun sayıldığını əlavə edib:

“Seçkinin nəticələrinə etiraz müddəti başa çatandan sonra bələdiyyə sədri mandatı haqq edən şəxsə təqdim olunacaq”.

23 iyun seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə əsas namizədlər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım olub.

Türkiyədə bələdiyyə seçkiləri martin 31-də baş tutub və İstanbul bələdiyyə başqanlığına namizəd Əkrəm İmamoğlu səsçoxluğunu qazanıb. Uzun mübahisələrdən sonra aprelin 17-də Əkrəm İmamoğlunun qalibiyyəti təsdiq edilib və ona vəsiqə verilib. Lakin sonradan AKP-nin etirazı və şikayəti əsasında İstanbul Bələdiyyəsinə seçkilər ləğv olunub. İyunun 23-də təkrar seçki keçirilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/80u9tz

Ən çox baxılan