İşğaldan azad olunmuş ərazilərdə xristian abidələri bərpa ediləcək

Nazirlik yeni layihənin icrasına başlayıb

Source: Meydan Tv


Nazirlik yeni layihənin icrasına başlayıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki xristian abidələri bərpa olunacaq.

Mədəniyyət Nazirliyi bildirir ki, işğaldan azad edilmiş ərazilərdə xristian dini mirası və abidələri mənşəyindən asılı olmayaraq yüksək səviyyədə qorunacaq, bərpa ediləcək və istifadəyə veriləcək.

Nazirlik həmçinin yeni layihənin icrasına başlayıb. “Xristian irsimizi tanıyaq” adlı layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunacaq. Tarixi abidələrimizi tanıtmaq məqsədilə həyata keçirilən layihənin ilk videoçarxı Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.

Bəzi müəlliflərə görə, Kiş Azərbaycanın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var.

Ana səhifəXəbərlərİşğaldan azad olunmuş ərazilərdə xristian abidələri bərpa ediləcək