İraqda üç azərbaycanlı qadın ömürlük həbs edilib

Qadınlar İŞİD üzvü olduqlarına görə cəzalandırılıblar

Source:


Qadınlar İŞİD üzvü olduqlarına görə cəzalandırılıblar

İraq Mərkəzi Cinayət Məhkəməsi mayın 3-də müxtəlif ölkələrin vətəndaşları olan səkkiz qadını ömürlük həbslə cəzalandırıb.

RİA Novosti agentliyinin

xəbər

inə əsasən, səbəb qadınların terror təşkilatı olan İŞİD-lə əməkdaşlıq etmələri olub.

Məhkəmənin yaydığı məlumata görə, qadınlardan üçü Türkiyə, üçü Azərbaycan, biri Özbəkistan və biri Suriya vətəndaşları olublar.

Hakim qeyd edib ki, qərar terrorizmlə mübarizə haqqında qanunun ikinci maddəsi əsasında çıxarılıb.

Aprelin sonunda İraq məhkəməsi Rusiya, Azərbaycan və Tacikistan vətəndaşları olan 19 qadını analoji cəzaya məhkum edib.

Ana səhifəXəbərlərİraqda üç azərbaycanlı qadın ömürlük həbs edilib