Təqdimatda Ərdəbilin sevilən müğənnisi Ayxanın da çıxışı olacaq
İran İslam Respublikasının tanınmış dirijoru Bərdia Kiyarəs Novruz bayramı günlərində Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edəcək.
Tamaşa martın 20-dən 24-də saat 19:00-da, “Arşın mal alan” isə martın 22-si və 25-də saat 19:00-da göstəriləcək.
Səhnə əsərlərinin təqdimatında Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.