İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbəsi: Ölənlərin sayı artır (Yenilənib)

Foto: İran Televiziyası

İranda Miyanab bölgəsində yerləşən qızlar məktəbinə edilən hava zərbələri nəticəsində ölənlərin sayı artıb.

Son məlumata görə, ölənlərin sayı 148-ə çatıb, 95 nəfər yaralanıb.

Bu barədə bu gün Miyanab Prokurorluğu məlumat yayıb.


Hadisə fevralın 28-i səhər saatlarında Hürmüzgan əyalətinin Miyanab şəhərində, Şəcərə Təyyibə məktəbində baş verib. Məktəbdə olan 170 şagirdin əksəriyyəti qızlardır və onların yaşı 7–12 arasında dəyişir.

Zərbə zamanı binada olanlar dağıntılar altında qalıb. “Tasnim” agentliyinin məlumatına görə, yerli sakinlər dağıntılar altında qalanları çıxarmaq üçün hadisə yerinə gəliblər.

İranın paytaxtı Tehran və digər şəhərlərdə də ABŞ və İsrailin hücumları davam edir.

ABŞ Prezidenti Donald Trump birgə hücumların məqsədinin “İran rejimindən gələn dərhal təhdidləri aradan qaldırmaq” olduğunu açıqlayıb. O bildirib ki, “İranın donanması məhv ediləcək, regiondakı ‘terrorçu’ müttəfiqləri artıq bölgəni və dünyanı sabitsizləşdirə bilməyəcək, İran nüvə silahı əldə etməyəcək.”

Hazırda regionda vəziyyət gərgin olaraq qalır.

Ana səhifəDünyaİranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbəsi: Ölənlərin sayı artır (Yenilənib)