Onlar “banklar və maliyyə böhranları ilə bağlı araşdırmalara görə” təltif olunublar
Stokholmda 2022-ci il “Nobel həftəsi” çərçivəsində sonuncu – iqtisadi elmlər üzrə mükafatın laureatları açıqlanıb.
İsveç Kral Elmlər Akademiyası mükafatı amerikalı iqtisadçılar Ben Bernanke, Duqlas Daymond və Filip Dibviqə “banklar və maliyyə böhranları ilə bağlı araşdırmalara görə” vermək qərarına gəliblər.
İsveçli genetik Svante Paabo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya, fransalı yazıçı Anni Erno ədəbiyyat, belaruslu hüquq müdafiəçisi Ales Byalyatski, Rusiyanın “Memorial” insan hüquqları təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi sülh mükafatını qazanıblar.
Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.
“Nobel” 1895-ci ildə isveçli ixtiraçı-alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib.
İlk dəfə sahibinə 1901-ci ildə təqdim olunub.
“Nobel” qızıl medal və pul mükafatından ibarətdir.
Mükafat İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir.