Vaksin

Mənbə: Meydan TV

Başlıq: Vaksin

İnfeksionist: Onilliklər lazımdır ki, peyvəndlərin nə qədər effektli olduğunu bilək

"Vaksin olunanların immunitetinin nə qədər qalacağı bəlli deyil"

“COVİD-19 peyvəndlərinin 8 ay, 1 il ərzində qoruyucu olacağı düşünülür. Bəlkə də, onilliklər lazımdır ki, peyvəndlərin nə qədər effektli olduğunu bilək”.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Mütəxəssis qurumun “Facebook” səhifəsi vasitəsilə “TƏBİB məsləhəti” layihəsi çərçivəsində izləyicilərin suallarını cavablandırıb.

O deyib ki, həm COVİD-19 xəstəliyini keçirmiş şəxslərin, həm də vaksin olunanların immunitetinin nə qədər qalacağı bəlli deyil: "Hazırda kliniki araşdırmalar aparılır. Bu haqda söz demək çox erkəndir".

Həkim əlavə edib ki, peyvəndlərin hər iki dozasının tamamlanması mütləqdir: “Birinci dozadan sonra tövsiyə olunan aralıq 28 gündür. Lakin müəyyən səbəblərdən bəzi vətəndaşlar həmin vaxta peyvənd oluna bilmir. Bunun tibbi olaraq əks göstərişi, ziyanı yoxdur. Onlar üçün 56 günə qədər icazə verilir”.

Nəzrin Mustafayevanın sözlərinə görə, iki ayrı-ayrı peyvəndi vurdurmaqla bağlı klinik çalışmalar davam etdirilir. Bəzi ölkələrdə fərqli, müxtəlif platformalardan olan vaksinlərin tətbiqindən müsbət nəticələr alınıb: “Hətta belə bir məlumatlar var ki, fərqli mexanizmlərə təsir edən peyvəndlərlə daha yaxşı immun cavab almaq olur. Bu məlumatlar az, məhdud sayda olduğuna görə kütləvi tətbiqi, yaxud rəsmi qərarın alınması ilə bağlı məlumat yoxdur. İlin sonuna kimi gözləyəcəyik ki, daha geniş çalışmaların nəticələri açıqlansın. Hələ ki hazırda istifadə olunan vaksinlərin hər iki dozasının eyni olması mütləqdir”.

Nəzrin Mustafayeva

Nəzrin Mustafayeva

Mənbə: Azərtac

Həkim vaksin vurduqdan sonra hər hansı ciddi əməl ediləcək qaydaların olmadığını da diqqətə çatdırıb: “Bəzən əhali arasında “vaksin olunan nahiyəyə su vurmaq olmaz”, - kimi yanlış fikirlər formalaşır. Vaksin olunan şəxslərin maye qəbul etməkləri və fiziki işdən çəkinməkləri yetərilidir. Ola bilər ki, vaksin vurulandan 48-72 saat ərzində qızdırma, həmin nahiyədə ağrı, halsızlıq, yorğunluq kimi əlamətlər baş verə bilər. Hərarət yüksək olarsa, qızdırma salan preparatlardan istifadə etmək olar. Qızdırma 72 saatı keçdiyi təqdirdə həkimə müraciət oluna bilər”.

İnsanları maraqlandıran daha bir məsələ - övlad planlaşdıran ailələrin vaksin olunub-olunmamasıdır.

Mütəxəssis deyir ki, hamiləlik planlaşdırması zamanı vaksin əks göstəriş deyil: “Peyvəndləmə prosesi yeni bir anlayış deyil. Onilliklərdir ki, müxtəlif platformalı vaksinlərdən istifadə edilir. Lakin həmin şəxslər ginekoloq müayinəsində olub, məsləhət alsalar, daha yaxşıdır. Onu da deyim ki, hamilə və laktasiya dövründə olan qadınlar vaksinasiya olunmamalıdır. Peyvəndlərin hər birinin içlik vərəqində bunun əks göstəriş olduğu qeyd edilib”.

“Üçüncü doza məsələsi hazırda aktiv müzakirədədir. Lakin bu peyvənd şirkətləri və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqini almayıb. Üçüncü doza tövsiyəsi ilə bağlı rəyin olub-olmaması ilin sonuna doğru açıqlanacaq. Bu gün üçün belə bir göstəriş, təlimat yoxdur”, - həkim qeyd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/id100b

Ən çox baxılan