Fevralın 24-də Şəki Rayon Məhkəməsində prokuror ReAL sədri İlqar Məmmədova 8, Müsavat başqanının müavini Tofiq Yaqubluya 7 il cəza istəyib.
Hakim Rəfael Əliyevin sədrliyiylə keçirilən “İsmayıllı işi” prosesində prokuror Fuad Musayev ReAL sədri İlqar Məmmədova 8, Müsavat başqanının müavini Tofiq Yaqubluya 7 il azadlıqdan məhrumetmə cəzası tələb edib. Proses davam edir.
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddələri irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.