Mikaela Jav kimi tanınan DJ İzzətxanım Cavadova Kaliviya şəhərindəki lüks villada 13 nəfərlə birlikdə saxlanılıb
Azərbaycan Prezidenti İlham Əliyevin əmisi Cəlal Əliyevin qızı İzzətxanım Cavadova Afina yaxınlığındakı şənliklərdən birində narkotikə qarşı basqın zamanı həbs edilib.
Bu barədə Yunanıstan polisi dekabrın 31-də ölkə mediasına məlumat verib.
Polis bazar ertəsi Kaliviya şəhərindəki lüks villada azı 13 nəfəri həbs etdiklərini açıqlayıb.
Həbs edilənlər arasında Mikaela Jav kimi tanınan DJ İzzətxanım Cavadovanın da olduğu bildirilir.
Adının açıqlanmasını istəməyən polis mənbəsi bu xəbərlərlə bağlı suala cavabında Cavadovanın “ziyafəti təşkil etdiyini” deyib.
Britaniya pasportu olan Cavadova Prezident Əliyevin mərhum əmisi Cəlalın qızıdır.
Jurnalist araşdırmaları onu İspaniyanın Balear adalarında məşhur əyləncə məkanı olan İbizada müntəzəm olaraq təsvir edirdi.
Böyük Britaniya və Azərbaycanın Afinadakı səfirlikləri şərh sorğusuna dərhal cavab verməyib.
Polisin verdiyi məlumata görə, şənliyin “təşkilatçı”sı – Cavadovanın “yataq otağında” içərisində 45 bağlama kokain, ekstazi, kristal met, digər narkotik vasitələr və içərisində 43 min avrodan (45 min dollar) çox pul olan seyf tapılıb.
Mənbə əlavə edib ki, Cavadova və daha 9 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ittihamı ilə cümə axşamı hakim qarşısına çıxarılacaq.
Mənbə bildirib ki, hadisənin təhlükəsizliyini təmin edən və həbs edilən 3 vəzifədən kənar polis əməkdaşı barədə hazırda istintaq davam etdiyi üçün onlara qarşı ittiham irəli sürülməyəcək.
Milli Cinayət Agentliyinə görə, Cavadovlar İngiltərədəki hesablarına vəsait toplamaq üçün əsasən ofşor yurisdiksiyalarda yerləşən 20 qeyri-şəffaf şirkət şəbəkəsindən istifadə ediblər.
Nəticə olaraq, agentlik iddia edir ki, pullar “bank əməliyyatları sırasında yoxlanıla bilən bir iz belə buraxılmadan” axıdılıb.
MCA-nin müstəntiqləri, bu şirkətlərdən altısının OCCRP-nin 2017-ci ildə üzə çıxardığı çoxməqsədli maliyyə axını üçün vasitəçi olan “Azərbaycanın Pulyuyan Maşını”nın bir hissəsi olduğunu ortaya çıxarıb.
Bu sistem ölkənin hakim elitasının pulu mənimsəməsinə, vergilərdən yayınmasına, çirkli pulların yuyulmasına və Avropa Parlamentindəki deputatlara rüşvət verilməsinə və qeyri-qanuni vəsaitlərin Azərbaycandan daşınmaz əmlak aldıqları və dəbdəbəli həyat yaşadıqları Qərbə yönləndirilməsinə imkan yaradıb.
Sızdırılan bank sənədləri göstərir ki, Cavadovlar ailəsinin milyonlar aldığı 6 şirkətin, habelə OCCRP-nin müəyyən etdiyi, lakin müstəntiqlər tərəfindən nəzərdən qaçırılan yeddinci şirkətin, “pulyuyan maşın”la bağlı digər şübhəli əməliyyatlarda adı çəkilib.
Əvvəlki araşdırmalar bir çox yüksək vəzifəli azərbaycanlının “pulyuyan maşın”dan istifadə etdiyini göstərsə də, Cavadova Əliyevlər ailəsinin bunu həyata keçirən ilk üzvü olub.