Nəsibə Abdullayeva Azərbaycanın Xalq artisti oldu
Prezident İlham Əliyev Özbəkistanın Xalq artisti, müğənni Nəsibə Abdullayevaya fəxri ad verib.
İfaçı Azərbaycanla Özbəkistan arasındakı mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
Nəsibə Abdullayeva 1961-ci ildə Səmərqənddə doğulub.
Həyat yoldaşı azərbaycanlı gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə ailə qurub.
Tacik, özbək, fars, türkmən və Azərbaycan mahnıları ilə özünə geniş repertuar quran Nəsibə Abdullayeva 80-ci illərdə “Qaragöz boy-boy” (Қора кўз бўй-бўй) mahnısı ilə məşhurlaşıb.
2000-ci illərin ortalarında sözləri Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğluna, musiqisi fövqəladə hallar naziri Kəmaləddin Heydərova aid olan “Səndən nigaranam” mahnısını oxuyub, klip çəkdirib.