İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

2018-ci ilin 6 fevral tarixində Cəlilabad rayonuna icra başçısı vəzifəsinə təyin edilən Namiq Zeynalov ona qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

Source: Specify Source


Cəlilabadın icra başçısının ötən gün saxlandığı bildirilir

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

sərəncam

imzalayıb.

2018-ci ilin 6 fevral tarixində Cəlilabad rayonuna icra başçısı vəzifəsinə təyin edilən Namiq Zeynalov ona qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

Dekabrın 7-də yerli media hüquq-mühafizə orqanlarının əməkdaşlarının Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirdiyini barədə

məlumat

yayıb. Lakin icra başçısının hansı qurum tərəfindən saxlanıldığına dair heç bir rəsmi açıqlama verilməyib.

Ana səhifəSiyasətİlham Əliyev icra başçısını vəzifəsindən azad etdi