İlham Əliyev Ankaraya, Sarkisyan isə Qarabağa səfər edib

Üçüncü dəfə Azərbaycan prezident seçilən İlham Əliyev ilk rəsmi səfərini dünən gecə Türkiyə Respublikasına etmişdir.

Source:

Üçüncü dəfə Azərbaycan prezident seçilən İlham Əliyev ilk rəsmi səfərini dünən gecə Türkiyə Respublikasına etmişdir. Səfər zamanı ilk olaraq İlham Əliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə – Anıtqəbirə gəlmişdir.

Daha sonra İlham Əliyevin Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olmuşdur. Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur. İlk öncə Abdullah Gül İlham Əliyevi “Dövlət nişanı” ilə, daha sonra isə İlham Əliyev Abdullah Gülü “Heydər Əliyev” ordeni ilə təltif etmişdir.

Təltifetmə mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.


Sarkisyan işğal olunmuş Azərbaycan ərazilərinə gəlib

Ermənistan prezidenti Serj Sarkisyan isə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə  səfər edib. Qondarma dövlətin rəhbəri Bako Saakyan və digər şəxslərlə görüşən Ermənistan prezidenti Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə olaraq, onların döyüş hazırlığı ilə maraqlanıb.

Ana səhifəXəbərlərİlham Əliyev Ankaraya, Sarkisyan isə Qarabağa səfər edib