Əliyevlə Ərdoğan mərasimi onlayn izləyiblər
Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminə qatılıb.
Dövlət başçıları mərasimi onlayn izləyiblər.
Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə dair anlaşma memorandumunu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb.
Prezident Əliyev 2022-ci ildə həmin kəmərin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait (məbləğ açıqlanmır) ayrılması barədə sərəncam da imzalayıb.
Diametri 40 sm olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometrdir.
“Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür”, – açıqlanan rəsmi məlumatda bildirilir.
Sentyabrın 25-də eyni zamanda, Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu da imzalanıb.
Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir günlük Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər edib.
Orada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşılanıb.
Səfər çərçivəsində onların ikitərəfli və regional məsələləri müzakirə edəcəkləri açıqlanıb.
Prezidentlərin təkbətək görüşü olub.