”İdxal azalmayıb, daha çox artıb”

“İnhisarçılar tərəfindən ölkəyə idxal olunan məhsulların keyfiyyətsiz və çox ucuz olduğunu da nəzərə alsaq, yeyinti məhsullarının fiziki çəkidə daha çox artdığını demək olar”

Source:


“İnhisarçılar tərəfindən ölkəyə idxal olunan məhsulların keyfiyyətsiz və çox ucuz olduğunu da nəzərə alsaq, yeyinti məhsullarının fiziki çəkidə daha çox artdığını demək olar”

”Dövlət Gömrük Komitəsinin məlumatına əsaslanaraq, kütləvi informasiya vasitələri xəbər verir ki, 2015-ci ildə yeyinti məhsullarının idxalında 7,82 faiz azalma qeydə alınıb. Gömrük Komitəsinin yaydığı məlumata əsasən 2015-ci ildə “ət idxalı 2,04 faiz, meyvə-tərəvəz 2,3 dəfə, buğda 0,98 faiz artıb. Bu müddətdə süd, yağ və şəkər idxalında isə əksinə azalma müşahidə olunub. Şəkər idxalı illik 39,35 faiz, kərə yağı 10,85 faiz, süd idxalı 23,44 faiz azalıb.”

Bu barədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə deyib.

Vahid Məhərrəmov bildirib ki, 2015 –ci ildə Azərbaycandan fərqli olaraq dünya bazarında yeyinti məhsullarının qiymətlərində çox ciddi azalmalar olub. BMT nin FAO təşkilatının 2015-ci ilin yekunlarına dair hazırladığı hesabatda göstərilir ki, 2014 –cü ilə nisbətən ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri 19 faiz aşağı düşüb. Həmin hesabatda 2015-ci ildə əvvəlki ilə nisbətən süd və süd məhsullarının qiymətləri 28,5 faiz, ət və ət məhsullarının qiymətləri 15,1 faiz, bitki yağının qiyməti 19 faiz, buğdanın qiyməti 15,4 faiz, şəkərin qiyməti 21 faiz aşağı düşdüyü qeyd olunub: “Belə olan halda, deməli, ölkəyə idxal olunan yeyinti məhsulları dəyər ifadəsində azalsa da, fiziki çəkidə xeyli artıb. Sadə hesablama aparsaq görərik ki, fiziki çəkidə ət idxalı 17,14 faiz, süd 5,06 faiz, kərə yağı 18 faiz, buğda idxalı isə 16,3 faiz artıb. Deməli, dünya bazarındakı qiymətləri nəzərə alsaq, 2015 –ci ildə əvvəlki ilə nisbətən yeyinti məhsullarının idxalında fiziki çəkidə azalma olmayıb, əksinə 10 faizdən çox artım olub. İnhisarçılar tərəfindən ölkəyə idxal olunan məhsulların keyfiyyətsiz və çox ucuz olduğunu da nəzərə alsaq, yeyinti məhsullarının fiziki çəkidə daha çox artdığını demək olar”.



bizi twitter’də izlə

Ana səhifəXəbərlər”İdxal azalmayıb, daha çox artıb”