İcra başçısı: Bayrağı mən sökdürmüşəm

Lütvəli Babayev

Lütvəli Babayev

Lütvəli Babayev: Bayrağı harada gəldi, özü də qəbirstanlıqda asmırlar

"Mənim işimlə bağlı məni niyə sorğu-sual edirsiniz ki? Prokuror-zadsız? Bayrağı harada gəldi, özü də qəbirstanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm".

"hurriyyet.org yazır ki, bu sözləri Zərdabda şəhid məzarı üzərindəki bayrağı sökdürən icra başçısı Lütvəli Babayev "gununsesi.info"ya deyib.
L.Babayevin aprelin 6-da şəhid olan Nurlan Abdullazadənin məzarı üzərində asılan bayrağı sökdürməsi mediada və sosial şəbəkələrdə ictimai qınaqla qarşılanıb və şəhidlərə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Sayta açıqlamasında icra başçısı şəhidin valideynlərinin narazılığına "Daha nə istəyirlər? Nə lazımdırsa, o ailə üçün edilib. Amma gedib hay-küy salırlar" deyərək cavab verib.

Lütvəli Babayevin göstərişi ilə Zərdab rayon Dəkkə kəndində 6 aprel tarixində şəhid olan Nurlan Abdullazadənin qəbrinə hücum olub. Atasının qəbirin yanında öz hesabına hazırlatdığı dövlət bayrağı dirəkdən endirilib. İcra Hakimiyyəti əməkdaşları bayrağı şəhid atası Rasim Abdullayevin üstünə ataraq "Bunu buradan götür" deyiblər.

Hadisədən bir gün sonra rayon Əlillər Cəmiyyətinin sədri Neman Yediyarov və rayon Polis İdarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Onlar Nurlan Abdullazadənin valideynlərinə qəbirstanlıqdakı bayrağı bir daha oraya asmamağı və qəbirstanlığın girişində Nurlanın şəklini əks etdirən plakatı sökməyi tapşırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/eb7bq4

Ən çox baxılan