Niderlandda etirazlar: muzeylər bir günlük bərbərxana və idman zallarına çevrildi

Niderland, fokke baarssen/shutterstock

Mədəniyyət işçiləri pandemiya ilə bağlı qadağalara etiraz edirlər

Niderlandda muzey, teatr və konsert salonları pandemiya ilə əlaqədar hələ də bağlıdır.

Bu ilin əvvəlində hökumət bəzi yumşalmalara gedib.Bərbərxanaların və idman zallarının fəaliyyəti məhdud şəkildə bərpa edilib.

Bar, restoran, teatr, muzey və konsert salonlarının işləməyinə icazə verilməyib.

Hökumətin qərarı mədəniyyət işçilərini narazılığına səbəb olub.

Onlar qadağaya etiraz olaraq, bərbərləri, manikür ustalarını və trenerləri həmin obyektlərə bir günlük işləməyə dəvət ediblər.

Van Qoq muzeyi, “Panorama Mesdag” incəsənət muzeyi, “Mauritsgeis” kral qalereyası kimi bir sıra tanınmış muzeylər müxtəlif formalarda aksiyaya qoşulub.

Ana səhifəMədəniyyətNiderlandda etirazlar: muzeylər bir günlük bərbərxana və idman zallarına çevrildi