Hilal Baydarovun filmi növbəti festivalda

Hilal Baydarov. Foto: “dafilms”

“Quşlara xütbə” Hindistanda nümayiş olunacaq

Rejissor Hilal Baydarovun “Savaş Nağılları” və ya digər adı ilə “Xütbə” trilogiyasının ikinci filmi “Quşlara Xütbə” (“Sermon To The Birds”) Hindistanda keçiriləcək XIV Kerala Beynəlxalq Film Festivalında təqdim olunacaq.

Festivalda dünyanın müxtəlif ölkələrindən çoxsaylı filmlərin nümayişi nəzərdə tutulub.

Ən yaxşı ekran əsərləri xüsusi mükafatlara layiq görüləcək.

Kerala Beynəlxalq Film Festivalı (IFFK) 1996-cı ildən keçirilir.

Hindistanın aparıcı mədəni tədbirlərindən biri olan festival dekabrın 11-dən 15-dək davam edəcək.

“Quşlara xütbə”nin dünya premyerası 2023-cü ilin oktyabrında Tokio Beynəlxalq Film Festivalında olub.

Filmin ssenari müəllifi və rejissoru Hilal Baydarovdur. Prodüserləri Elşən Abbasov, Karlos Reyqadas və Hilal Baydarovdur.

Rejissorun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya Film Festivalında “Qızıl şir” mükafatına namizəd olub.

Ana səhifəMədəniyyətHilal Baydarovun filmi növbəti festivalda