Həbib Müntəzirə cavab

Yaponiyanın etirazı da saxtadır?

Source:

Şərqi Türküstanda olan olayların, basqıların, kütləvi soyqırım siyasətinin saxta olduğunu iddia edənlərə və bu olaylara qara yaxmaq istəyənlərə cavab vermək istəyirəm. Son Uyğurlara dəstək aksiyasından sonra bu olayların saxta olduğunu iddia edənlər əsas olaraq paylaşılan müxtəlif rəsimlərin saxta olduğunu iddia edirlər.

Bəli, mən də öncəki statuslarımda, rəylərimdə qeyd etmişəm, bu fotoların çoxunun Uyğurlarla əlaqəsi yoxdur. Bu cür fotoları Uyğur Türklərinin adına bağlayıb, paylaşmaq özü bir provokasiyadır, qarayaxmadır. Həmin olaylara belə saxta rəsmləri calayaraq, əsl olayların sözdə saxta olduğunu dünya ictiamiyyətinə çatdırmaqdan ötrüdür.

Və beləcə, əsl təqiblərə kölgə salınır. Bilməyənlərin nəzərinə çatdırım ki, mən şəxsən Urumçidən tutmuş Xorqos keçid məntəqəsinə qədər bütün şəhər və qəsəbələrdə olmuşam. Oradan şəxsən özümün müşahidələrimi qeyd edəcəm.

İlk olaraq nəzərinizə çatdırım ki, Çin də internetə girmək üçün klublarda pasport tələb olunur. Yəni internetə xüsusi nəzarət var və oradan məlumat paylaşmaq çox qəliz məsələdir. Dövlətin sırf internet istifadəçilərinə nəzarəti var. Keçək ikinci məsələyə Çində iftar süfrəsində müsəlmanların fotosu paylaşılıb. Əldə bayraq edilib ki, baxın bu da Uyğur Türkləri, heç bir basqı yoxdur.

Birincisi, bu foto Pekində çəkilib və orada belə fotoların çəkilməsi normaldır. Urumçi şəhərində isə kütləvi olaraq çinlilərin köçürülməsi nəticəsində əhalinin 25% Uyğur Türkü qalmışdır. Bakıdan Urumçiyə gedən alverçilərin təbii olaraq bu xəbərlərdən, oradakı şiddətdən xəbəri olmayacaqdır. Gedib gördükləri iki yer var Benjan bazarı və Şyü oteli. Alverçi ora alverə gedir , oradakı olayları araşdırmağa yox.

Soruşun, o Urumçidə heç bir problemin olmadığını deyən alverçidən. Qaraşəhərdə, Qaramayda, Gülcədə, Yarkənddə, Ağsuda, Kunesdə, Qaşqarda və bir neçə uyğurların yaşadıqları şəhər və qəsəbələrdə olublarmı? Urumçidə mən də bilirəm, hər şey qaydasındadır, zatən Urumçidə Uyğur qalmayıb. Çin qapalı ölkədir və Uyğurlara edilən siyasi, mənəvi, etnik baskını maksimum örtməyə çalışırlar.

Necə ki, Sovet Rusiyası Axıskalılara və Qərbi Azərbaycanlılara qarşı etnik təmizləmə apardı və Sovet dağılandan sonra məlum oldu. Eynən Çində də bu siyasətdir. Ayrı vaxtı Aztv-ni fantastik gülüş hədəfinə çevirənlər özləri Uyğurların qətliamına Aztv gözü ilə baxırlar. Bir də, nəzərinizə çatdırım ki, adların qeyd etdiyim şəhərlərdə demək olar ki , internet rabitəsi yoxdur , qapalı şəraitdə, heçkəsin görmədiyi şəraitdə bir xalq məhv edilib və edilməkdədir.

Bir xalqın məhvinə göz yummaq, bilib bilmədən qara yaxmaq insanlıq cinayətinə haqq qazandırmaqdır. Bu gün az da olsa, o şəhərlərdən qaçmış, siyasi qaçqın statusu almış Uyğur Türklərindən birini tapın, olanları ondan soruşun sol.orq saytının mənbəsindən yox.

Keçim ikinci məsələyə. Sözdə Urumçi yalanların tirajlayanlara bu qarayaxmanın mənbəyi Türkiyədəki bəzi terror tərəpfdaşları olan saytlardır və əlbət ki, Antitürk təbliğat aparacaqlar. Bilib, bilmədən bunun „tırkasına“ gedənlərin isə artıq obyektivliyə şübhə ilə yanaşıram.

Bu arada bir sual verim: 173 Uyğurun Türkiyədə siyasi qaçqın statusu alması və Yaponiyanın etirazıdamı saxtadır?


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəHəbib Müntəzirə cavab